“Milan”ın keçmiş futbolçusu qanuni oğrularla görüşüb
26 sentyabr 2012 15:32 (UTC +04:00)

“Milan”ın keçmiş futbolçusu qanuni oğrularla görüşüb

Gürcüstan Daxili İşlər Nazirliyi “Gürcü arzusu” partiyasının lideri, “Milan”ın keçmiş futbolçusu Kaxa Kaladzenin videogörüntülərini yayıb. Lent.az-ın Gürcüstan KİV-ə istinadən verdiyi məlumata görə, videogörüntülərdə Kaladzenin Avropa ölkələrinin birində əslən Kutaisidən olan “qanuni oğru”larla söhbəti yer alıb.

Gürcüstan DİN-in yaydığı başqa görüntülərdə “qanuni oğru”ların seçkilərdən dərhal Tiflisə gəlmək planlarını da öz əksini tapır. Həmin görüntülərdə Zaza Djimşitaşvili və Vaxa Revişvilinin söhbəti yer alıb. Onlar özlərinin, habelə tanımış avtoritet Laşa Şuşanaşvili və David Xizanişvilinin oktyabrın 3-də Gürcüstana dönmək perspektivindən danışırlar.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1460

Oxşar yazılar