Suriya baş qərargahında qanlı döyüşlər
26 sentyabr 2012 15:25 (UTC +04:00)

Suriya baş qərargahında qanlı döyüşlər

Bu dəqiqələrdə Dəməşqdə Suriya ordusunun baş qərargahında amansız döyüşlər gedir. Lent.az-ın “France-Press”-ə istinadən verdiyi xəbərə görə, atışma binada baş verən partlayışdan dərhal sonra başlayıb. Agentliyə verilən məlumata görə, hər iki tərəfdən çoxlu itki var. Amma qərargahda döyüşən tərəflərin kimliyi məlum deyil.

“Reuters”-in Suriya Azadlıq Ordusunua istinadən verdiyi məlumata görə, partlayış nəticəsində onlarla zabit həlak olub. Amma hazırda qərargahda onların adamlarının döyüşdüyü barədə heç nə bildirilmir.

Məlum olan bir də odur ki, partlayış nəticəsində İranın “Press TV” kanalının müxbiri Maya Nəsir öldürülüb. Onun həmkarı Hüsen Mürtəda isə yaralanıb.

BBC-nin Dəməşqdəki müxbiri isə öz reportajında bildirib ki, bu partlayışla Suriya ordusunu ürəyindən vurublar. Maraqlıdır ki, gedən döyüşlər barədə Suriya rəsmi telekanalları və agentlikləri susqunluq nümayiş etdirilər. Qərb mənbələri və müxalif yönlü telekanallar Dəməşqdə vəziyyətin olduqca gərgin olduğunu bildirilər.

Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1591

Oxşar yazılar