İnquşlardan Çeçenistana torpaq payı
26 sentyabr 2012 10:51 (UTC +04:00)

İnquşlardan Çeçenistana torpaq payı

İnquşetiyadan Çeçenistan parlamentinə içində torpaq olan bağlamalar göndərilməyə başlanılıb. Lent.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, bağlamalar Qroznı şəhəri, Vostoçnaya küçəsi ev 48 ünvanına, Çeçenistan parlamentinə, daha dəqiqi isə onun sədri Dukvaxa Abduraxmanova göndərilir.

Hədiyyələr isə rəmzi xarakter daşıyır. Söhbət ondan gedir ki, neçə vaxtdır Çeçenistan rəhbərliyi İnquşetiyanın Malqobek və Sunjenski rayonlarına qarşı ərazi iddiaları ilə çıxış edir. Məsələnin hətta parlamentdə müzakirəsi də gözlənilir. İnquşlar da bu yolla Çeçenistan rəhbərliyinə təsir etmək istəyirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 932

Oxşar yazılar