Rəfsəncani uşaqlarının tutulmasından rahatsız deyil
Oğlu Möhsün Haşimi atasının məsələyə münasibətini jurnalistlərə açıqlamasında çatdırıb: “Atam deyir ki, onun övladları ilə xalqın övladları arasında heç bir fərq yoxdur və elə buna görə də bu məsələdə ayrı-seçkiliyə yol verilməməlidir. Atam Faizə və Mehdinin tutulmasından narahat və nigaran deyil. O, bu kimi böhranlara öyrəşmiş adamdır”.
3 il mühacirətdə yaşayan Mehdi Haşimi sentyabrın 24-nə keçən gecə ölkəyə qayıdıb və elə Tehranın hava limanındaca prokurorluğa rəsmi dəvət olunub.O, prokurorluqda dindirildikdən sonra həbs edilib. Elə həmin gün Rəfsəncaninin qızı Faizə Haşimi tutulub. O, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, dövlət quruluşu əleyhinə təbliğat aparmaqda və “yaşıl hərəkat”ı dəstəkləməkdə günahlandırılıb.
İranın keçmiş islami irşad və mədəniyyət naziri Əbdülməcid Məadixahın oğlu Həsən Məadixah da tutulub.O,Mehdi Haşiminin yaxın adamlarından sayılır.
Həsən Məadixah 2009-cu ilin iyununda İranda keçirilən prezident seçkisinin rəsmi nəticələrinə qarşı kütləvi etirazlar zamanı da həbs edilmişdi.
Onda Tehran məhkəməsi Həsən Məadixahı qanunsuz aksiyalara qatılmaqda günahlandıraraq, onu 2 il yarım həbsə məhkum etsə də, o, 700 min dollarlıq mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxmışdı.

Oxşar yazılar

Azərbaycanlı MMA döyüşçüsü Rusiya vətəndaşlığından çıxarıldı-VİDEO
16 iyul 2025 , 23:17
Əkrəm İmamoğluna hökm oxundu
16 iyul 2025 , 15:02
Küçədə məktəblilərin gözü önündə cinsi əlaqədə oldu, həbs edildi
16 iyul 2025 , 13:23
Pul sayan kassir milyonçu oldu
16 iyul 2025 , 13:08
Qadın keçmiş sevgilisini qaçırıb zorladı
16 iyul 2025 , 11:55
Şahin Şıxlinski barədə cinayət işi açıldı, oğlu saxlanıldı-YENİLƏNİB
16 iyul 2025 , 07:43
Sərxoş kişi sərnişinləri olan avtobusu qaçırdı
16 iyul 2025 , 07:08