Gələn il Britaniyada ciddi büdcə kəsiri ola bilər
Bank iqtisadçılarının hesablamalarına əsasən, 2013-2014-cü illərdə Britaniyanın büdcə kəsiri 126 milyard funt sterlinq, və ya ümumdaxili məhsulun 7,8 faizi həcmində ola bilər. Qurum Yunanıstanın büdcə kəsirinin ümumdaxili məhsulun 6,3 faizi, İspaniyanın kəsirinin isə ümumdaxili məhsulun 6 faizi həcmində olacağını proqnozlaşdırır.
“Morgan Stanley” bankının proqnozları büdcə kəsirinin azaldılması ilə bağlı maliyyə naziri Corc Osborna olan təzyiqləri vurğulayır. Ötən həftə açıqlanan məlumata görə, bu maliyyə ilinin ilk beş ayı ərzində dövlət borcu 61,3 milyard funt sterlinq, ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,.7 faiz çox olub.

663