Dünyanın ən böyük almazlarından biri tapıldı - FOTO
25 sentyabr 2012 19:14 (UTC +04:00)

Dünyanın ən böyük almazlarından biri tapıldı - FOTO

Rusiyanın Yakutiya almaz mədənlərindən birində “ALROSA” şirkətinin işçiləri tərəfindən 158,2 karat və 3522 millimetr həcmində kristal almaz tapılıb. Almaz Nyurba yatağından əldə edilib. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, almazın dəyəri 1,5 milyon dollar civarında qiymətləndirilir.

Məlumata görə, yeni tapılan almaz dünyanın ən iri almazlarından biridir. Bu almaz emal ediləcəyi halda, ondan yüksək keyfiyyətli, hər birinin dəyəri yüz minlərlə dollar olan bir neçə brilyant əldə etmək mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2333

Oxşar yazılar