Sufi şeyxinin qətlini rus vəhhabi sifariş veribmiş - FOTO
25 sentyabr 2012 13:36 (UTC +04:00)

Sufi şeyxinin qətlini rus vəhhabi sifariş veribmiş - FOTO

Bir qədər əvvəl terror nəticəsində öldürülmüş Dağıstanın dini liderlərindən Səid Əfəndinin qətlini sifariş verənin kimliyi məlum olub. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, bu, 24 yaşlı Aleksey Paşintsevdir.

Məlumata görə, əslən Belqoroddan olan Paşintsev üç il əvvəl islamı qəbul edərək vəhhabi yaraqlılara qoşulub. Dağıstan hüquq-mühafizə orqanlarındakı mənbələrin dediyinə görə, məhz “Abdul Malik” ləqəbli Paşintsev Səid Əfəndini qətlə yetirmək üçün Alla Saprıkinanı tapıb və terrora hazırlayıb. O da terroru həyata keçirməyə nail olub.

Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1773

Oxşar yazılar