Xaled Maşal HƏMAS lideri postunu tərk edir
25 sentyabr 2012 10:19 (UTC +04:00)

Xaled Maşal HƏMAS lideri postunu tərk edir

Lent.az-ın “Associated Press” agentliyinə istinadən verdiyi məlumata görə, Xaled Maşal bunu bir neçə gün əvvəl Qahirədə HƏMAS rəhbərliyindəki şəxslərlə keçirdiyi görüşdə söyləyib.

HƏMAS rəhbərinin müavini Musa Abu Marzuk onun istefa vermək niyyətində olduğunu təsdiqləyib. Xaled Maşal 2012-ci ilin sonlarında keçiriləcək yeni lider seçkisinə qədər postunda qalacaq.

1996-cı ildən HƏMAS-a rəhbərlik edən Xaled Maşalın postunu tərk etmək niyyətində olduğu barədə xəbərlər hələ bu ilin yanvarında yayılıb. Həmin vaxt Xaled Maşalın üçüncü dəfə HƏMAS-ın rəhbəri seçilmək istəmədiyi bildirilirdi. HƏMAS lideri postuna əsas namizəd onun müavini Musa Abu Marzuk və Qəzza sektorunda HƏMAS hökumətinə rəhbərlik edən İsmail Xaniyə sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 844

Oxşar yazılar