Gürcüstanda daha bir həbsxana qalmaqalı
Lent.az-ın Gürcüstan KİV-ə istinadən verdiyi xəbərə görə, paytaxt Tiflisdən 40 km aralı Ksani təcridxanasında dustaqların döyülməsi və işgəncə verilməsi faktları barədə məlumat yayılıb. Məlumatı isə dustaqlar telefonla “9-cu kanal” telekanala bildiriblər. Dustaqlar telekanala onlara qarşı olmazın işgəncələr verildiyini, əksər halda elektroşokdan istifadə olunduğunu da deyiblər.
“Novosti-Qruziya”nın məlumatına görə isə bir qədər əvvəl Ksani təcridxanasının dustaqları Gürcüstan Ombudsmanına şikayət məktubu yazıblar. Məktubu 526 məhbus imzalayıbmış.
Ksanidə baş verənlər son bir həftədə Gürcüstan həbsxanalarında işgəncə faktları ilə bağlı ikinci faktdır. Bir qədər əvvəl Qldani həbsxanasındakı işgəncə faktı ilə bağlı telekanallarda yayılan video-görüntülərdən sonra Gürcüstan daxili işlər naziri istefa vermişdi.

2575