Əfqanıstan qadınlarından «şallaqlanmaya» qarşı etiraz
25 sentyabr 2012 06:10 (UTC +04:00)

Əfqanıstan qadınlarından «şallaqlanmaya» qarşı etiraz

Zərif cinsin təmsilçilərini hiddətləndirən olay kütlənin gözü qarşısında Qazni əyalətindən olan 15 yaşlı yeniyetmə qızın yerli mollanın əmri ilə 80 şallaqla cəzalanmasıdır. Bu din xadimi həmin qızı «kişi ilə əlaqədə olmaqda» ittiham edib.

«Human Rights Watch»-ın təmsilçisi bildirib ki, belə hal Əfqansıtanda adi hadisədir:«Bu onu göstərir ki, bölgələrə hakimiyyət deyil, taliban nəzarət edir. Ən dəhşətlisi isə odur ki, hakimiyyətin nəzarəti altında olan yerlərdə də qadınlara qarşı zorakılıq davam etməkdədir».

Olay bir həftə öncə baş verib. Əfqanıstan hakimiyyəti bu hadisəni araşdırdığını bildirib. Təmsilçinin dediyinə görə, qadınların haqqı ilə bağlı məsələ yarananda qanunlar bir qayda olaraq, işləmir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1047

Oxşar yazılar