Gürcüstan həbsxanalarında işgəncə faktı təsdiqlənib
25 sentyabr 2012 01:28 (UTC +04:00)

Gürcüstan həbsxanalarında işgəncə faktı təsdiqlənib

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstan xalq müdafiəçisi aparatı bəyanat yayıb. Bəyanatda Gürcüstanın bir çox həbsxanalarında, o cümlədən işgəncələrin baş verdiyi Qldan, Kutaisi, Batumi, Zuqdidi, Rustavi, Ksani və eyni zamanda qadın koloniyalarında mütəmadi monitorinqlər aparıldığı və məhbusların aclıq aksiyası keçirdiyi təsdiq edilib: “Son günlər Qldan, Batumi və Rustavidəki həbsxanalarda, Ksani koloniyasında aclıq elan edilib. Bütün həbsxanalarda məhbuslar onlarla düzgün davranılmadığı haqda vacib faktlardan danışıblar. Bu barədə onlar xalq müdafiəçisi nümayəndələrinə kollektiv ərizələr də təqdim ediblər. Məhbuslar eyni zamanda son günlər vəziyyətlərinin yaxşılaşdığını bildiriblər. Lakin onlar işgəncələri törədən günahkarların cəzalandırılmasını tələb ediblər.”

Gürcüstan xalq müdafiəçisi aparatı bəyanatında aclıq aksiyasında iştirak edən məhbusların sayının artmadığını da bildirib.

Xatırladaq ki, Gürcüstan televiziyalarında Qldan həbsxanasında məhbuslara işgəncə verilməsi görüntüləri yayımlanıb. Bu faktlarla bağlı sentyabrın 19-da Gürcüstanın cəzaların icra naziri Xatuna Kalmaxelidze, sentyabrın 20-də Gürcüstanın Daxili İşlər Naziri Baço Axalaya istefa verib. DİN vəzifəsini isə birinci müavin Eka Zquladze əvəz edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1522

Oxşar yazılar