İran parlamenti zəlzələdən zərərçəkənlərlə bağlı layihəni təsdiqləmədi
24 sentyabr 2012 23:28 (UTC +04:00)

İran parlamenti zəlzələdən zərərçəkənlərlə bağlı layihəni təsdiqləmədi

Lent.az-ın yerli informasiya vasitələrinə istinadən məlumatına görə, İslam Respublikasının parlamenti zəlzələ bölgəsində yenidənqurma işlərinin görülməsi ilə bağlı layihəni qəbul etməyib.

Ötən gün ölkə həmin layihə parlamentdə müzakirə olunub. Ancaq iclasda iştirak edən 237 deputatın 99-u sənədin lehinə, 74-ü əleyhinə səs verib, 25-i isə tərəfsiz qalıb. Bununla da yetərincə səs qazanmadığından layihə qəbul edilməyib.
Halbuki parlamentin reqlamentinə əsasən, bu layihə adi səs çoxluğu ilə qəbul edilməli idi.

Mənbənin məlumatına əsasən, demək olar ki, Azərbaycanla əlaqədar hadisələr, o cümlədən təbii fəlakət kimi faciələrlə bağlı layihələr bir qayda olaraq, İran parlamentində təcili müzakirəyə çıxarılmır.

Ötən il Urmiya gölünün quruması ilə bağlı məsələyə də oxşar münasibət bəslənilib. Onda parlament, qurumaqda olan Urmiya gölü ilə bağlı iki qanun layihəsini təsdiqləməmişdi və məclisin indiyə kimi bu məsələni ciddi şəkildə müzakirə etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 775

Oxşar yazılar