“Qəddafini yataqda çılpaq gördüm, şoka düşdüm...”
24 sentyabr 2012 21:10 (UTC +04:00)

“Qəddafini yataqda çılpaq gördüm, şoka düşdüm...”

Liviyanın qətlə yetirilmiş lideri Müəmmər Qəddafinin həyatı ilə bağlı yeni məqamlar üzə çıxıb. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, “Le Monde” qəzetinin müxbiri Annick Cojeanın Müəmmər Qəddafi haqqında yazdığı “Qurbanlar: Qəddafinin hərəmxanasında” kitabında qan donduran iddialar yer alır.


Annick Cojean yazır ki, ona gələn elektron məktublarda Müəmmər Qəddafinin kiçik qızları qaçıraraq hərəmxanasına gətirməsi, onlara qarşı zorakılıq etməsi əksini tapıb. Kitabda 2004-cü ildə 15 yaşında qaçırılan liviyalı tələbə Sorayanın söylədikləri əsasında onun başına gələnlər anladılır. Soraya Müəmmər Qəddafi məktəbi ziyarət edən zaman qarşılama mərasimində Liviya liderinə bir buket çiçək vermək tapşırılıb. Müəmmər Qəddafi mərasimdə qızdan xoşlanır və ətrafındakı qadın mühafizəçilərə bununla bağlı işarə verir. Mərasimdən sonra növbəti gün qadın mühafizəçilər Sorayanın anasını Sirtdəki iş yerində tapır və qızı başqa bir mərasimdə iştirak etmək üçün aparacaqlarını bildirirlər. Sonra da Soraya Sirtdən Tripoliyə, Müəmmər Qəddafinin sarayına aparılır. Sorayaya ağ paltar geyindirilir və Müəmmər Qəddafinin yanına aparılır. Soraya yataq otağına daxil olanda gözlərinə inanmır. Müəmmər Qəddafi yataqda çılpaq vəziyyətdə uzanıbmış. Soraya bildirib ki, qadın mühafizəçilər onu zorla yatağa uzadıblar: “Mənə dedi ki, qorxma, mən sənin atanam. Ancaq həm də böyük qardaşın və sevgilinəm, hər şeyin olacağam. Dedi ki, bundan sonra burada qalacaq və mənimlə yaşayacaqsan”.

Soraya qorxusundan çırpınmağa başlayır. Müəmmər Qəddafi də mühafizəçi qadınlardan birini çağırıb, qızı hərəmxanaya apararaq lazımi hazırlıq keçilməsini və hazır olandan sonra onun yanına gətirilməsini tapşırıb. Soraya 5 il Müəmmər Qəddafinin hərəmxanasında onun tərəfindən hər cür zorakılığa məruz qalır. Kitabda başqa gənc qız və oğlanların başına gələnlərdən də yazılır. O, azyaşlı qızlarla yanaşı, gənc oğllanların da Qəddafi tərəfindən zorlandığı, bütün bunları gözləri ilə gördüyünü söyləyib. Annick Cojeanın qeyd edir ki, Müəmmər Qəddafi ilə cinsi əlaqədə olan qadınlar yoluxucu xəstəlik daşıma ehtimalı ilə bağlı davamlı müayinədən keçirilib, Tripoli Universitetində tələbələrlə əylənmək üçün gizli bir mərtəbə olub...
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3610

Oxşar yazılar