Almaniyadan PKK-ya zərbə
Lent.az-ın “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, Almaniya PKK terror təşkilatının ölkədə əldə etdiyi maliyyə gəlirlərinin qarşısını almaq üçün Türkiyə hökuməti ilə razılıq əldə edib və iki ölkə arasında müqavilə imzalanacaq. Müqavilə imzalandıqdan sonra adıçəkilən terror təşkilatının maliyyə mənbəyi olan şəxslərə qarşı sanksiya tətbiq olunacaq.
Qeyd edək ki, kəşfiyyat məlumatlarına görə, PKK-nın Almaniyada bir çox şirkəti və maliyyə qaynaqları var.
Qeyd edək ki, kəşfiyyat məlumatlarına görə, PKK-nın Almaniyada bir çox şirkəti və maliyyə qaynaqları var.
1269