1 milyard 400 milyonluq stadion… hələ də tikilir - FOTO
24 sentyabr 2012 14:55 (UTC +04:00)

1 milyard 400 milyonluq stadion… hələ də tikilir - FOTO

Sankt-Peterburqun “Zenit” futbol komandası üçün tikilən stadionun dəyəri 43 milyard rublu ötəcək. Lent.az-ın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Sankt-Peterburq şəhəri Tikinti Komitəsindən bildiriblər.

Qəzetin yazdığına görə, stadionun qiymətinin 43 milyard rubla (təxminən 1 milyard 400 milyon dollar) qalxması “Qlavqosekspertiza”da da təsdiqlənib.

Xatırladaq ki, stadionun tikintisinə hələ 2007-ci ildə başlanmışdı və 2009-cu ildə hazır olmalıydı. Yeri gəlmişkən, bir qədər əvvəl tikintinin gedişi ilə maraqlanan baş nazir Dmitri Medvedev baş verənləri və gecikməni “biabırçılıq” adlandırmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2103

Oxşar yazılar