Şevardnadze: “Gürcüstana kömək edin...”
24 sentyabr 2012 13:58 (UTC +04:00)

Şevardnadze: “Gürcüstana kömək edin...”

“İnanıram ki, dünyada hələ də mənim sözümü dinləyən tapılacaq. Ona görə də, xahiş edirəm, Gürcüstanda demokratik seçki keçirilməsinə kömək edin”. Lent.az-ın məlumatına görə, bu sözləri Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze “Asaval-dasavali” qəzetinə verdiyi müsahibəsində bildirib.

Gürcüstandakı iqtidarı “anti-insani” adlandıran Şevardnadzenın fikrincə, Saakaşvili hakimiyyəti indidən seçkini pozmağa və saxtalaşdırmağa hazırlaşır.

Qldani həbsxanasında baş verən hadisələrə görə güc strukturlarının rəhbərlərini Haaqa Məhkəməsinə verilməsi zəruriliyini bildirən Şevardnadze qeyd edib ki, bütün günahkarlar sərt şəkildə cəzalandırılmalıdır.

Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1676

Oxşar yazılar