Hindistanda fəlakət: 26 ölü, 8 itkin
24 sentyabr 2012 11:56 (UTC +04:00)

Hindistanda fəlakət: 26 ölü, 8 itkin

Hindistanda yağan musson yağışları fəlakətə səbəb olub. Lent.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, ölkənin şimal-şərqindəki Sukkim, Assam və Arunakal Pradeş əyalətlərində sel fəlakəti 26 nəfərin ölümü ilə nəticələnib.

Hadisə nəticəsində onlarla insanın yaralandığı və 8 nəfərin də itkin düşdüyü bildirilir.

Qeyd edək ki, axtarış-xilasetmə tədbirləri davam etdirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1022

Oxşar yazılar