İran ABŞ-ın banklarına hücum edir
23 sentyabr 2012 02:16 (UTC +04:00)

İran ABŞ-ın banklarına hücum edir

Lent.az-ın «Amerikanın səsi»-nə istinaədən məlumatına görə, ABŞ-ın «C-SPAN» tele-şirkətinə verdiyi müsahibədə Konnektikut ştatını təmsil edən senator deyib ki, o, «JP Morgan» maliyyə şirkəti və Amerika bankının veb səhifələrində problemlərin İranın İnqilabi qvardiyası tərəfindən yaradıldığını düşünür. Senator Liberman bunun sadəcə hakerlərin işi olduğuna inanmadığını bildirib.

Senatorun fikrincə, bu hücumlar ABŞ və Avropa müttəfiqlərinin İranın mübahisəli nüvə proqramına görə ölkənin maliyyə təsisatlarına qarşı tətbiq edilmiş sanksiyalara cavab olaraq həyata keçirilib.

Şənbə günü Senatda İranın atom silahları istehsal edə bilməsi əleyhinə qətnamə qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1087

Oxşar yazılar