Oland Türkiyəyə getməyə hazırlaşır
22 sentyabr 2012 23:40 (UTC +04:00)

Oland Türkiyəyə getməyə hazırlaşır

Lent.az-ın Türkiyədə çıxan «Hüriyyət» qəzetinə istinadən məlumatına görə, bu ziyarət 2013-cü ilin ya fevralında, ya da martında gerçəkləşə bilər.
Fransa dövlətinin başçısı Türkiyənən baş naziri Rəcəb Taib Ərdoğan tərəfindən ölkəsinə dəvət olunub.
Mənbənin bildirdiyinə görə, hələ bu il Meksikada keçirilən «Böyük -20»-lərin görüşündə R.T.Ərdoğan F.Olanda xatırladıb ki, son 20 ildə Fransanın heç bir prezidenti Türkiyədə rəsmi səfərdə olmayıb.
Yelisey sarayının bu dəvəti qəbul etdiyi güman edilir. Çünki tərəflərin diplomatları artıq görüşdə müzakirə olunacaq məsələlər ətrafında hazırlıq işlərinə başlayıblar.
Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1000

Oxşar yazılar