İsrail-Misir sərhədində döyüş: 4 ölü
21 sentyabr 2012 18:08 (UTC +04:00)

İsrail-Misir sərhədində döyüş: 4 ölü

Lent.az-ın “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, Sinay yarımadasında bir qrup silahı İsrail ordusunun postuna hücum çəkib.

Döyüş zamanı 3 silahlı və 1 İsrail əsgəri ölüb. İsrail mətbuatı isə 2 silahlının öldürüldüyünü yazıb. İsrail ordusunun yaydığı yazılı açıqlamada ölənlərlə bağlı məlumat əksini tapmayıb. Açıqlamada qeyd olunur ki, İsrail-Misir sərhədində terror düşərgəsindən İsrail əsgərlərinə atəş açıb. İsrail hərbçilərinin keçirdiyi əməliyyat zamanı terror düşərgəsində çoxlu miqdarda silah və partlayıcı maddə aşkarlanıb.

Açıqlamada silahlıların İsrailə qarşı daha böyük bir terror aktı həyata keçirməyə hazırlaşdıqları da qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1039

Oxşar yazılar