Həbsxanadan qaçan dustaq jurnalist qızı girov götürdü - FOTO
21 sentyabr 2012 17:17 (UTC +04:00)

Həbsxanadan qaçan dustaq jurnalist qızı girov götürdü - FOTO

Rusiyanın Perm şəhərindəki 38 saylı cəzaçəkmə müəssisəsindən qaçan məhkum Yevgeni Qvozdev barəsində federal axtarış elan edilib. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, Qvozdev həbsxanadan qaçarkən yolda yerli telekanalın müxbiri Aleksandra Melnikovanı da özüylə girov götürüb.

Dustaq həbsxanadan bir qədər aralıda yerləşən mağazadan çıxan Melnikovanın başına tapança dirəyərək, onu avtomobilə oturdub. Yolda onun mobil telefonunu, sənədlərini və pulunu əlindən alıb. Özünü isə şəhərdən yüz kilometrdən çox aralıda meşənin kənarına buraxaraq aradan çıxıb.
Aleksandra xəsarət almasa da, psixoloqların köməyinə ehtiyacı var.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1362

Oxşar yazılar