Ərdoğan prezident ola bilər
21 sentyabr 2012 16:35 (UTC +04:00)

Ərdoğan prezident ola bilər

Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan “Washington Post” qəzetinə müsahibə verib. Lent.az-ın “Habertürk”-ə istinadən verdiyi məlumata görə, baş nazir Suriya məsələsinə və digər regional məsələlərlə bağlı suallara aydınlıq gətirib. Ərdoğan müxbirin “ölkə prezidenti olmaq haqqında düşünürsünüzmü?” sualına “İndiyə qədər tutduğum bütün vəzifələrə şəxsi istəyimə görə gəlməmişəm. Xalqın istəyinə görə bu vəzifələri icra etmişəm” - deyə, cavab verib.

Baş nazir onu da vurğulayıb ki, əgər xalqdan belə tələb gəlsə və AKP bu barədə qərar verərsə, bu haqda düşünəcək.

Qeyd edək ki, Türkiyənin hökumət başçısı müsahibəsi zamanı Bəşər Əsəd siyasi meyit adlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1108

Oxşar yazılar