“Bank of America” 16 min əməkdaşını ixtisar edəcək
21 sentyabr 2012 04:25 (UTC +04:00)

“Bank of America” 16 min əməkdaşını ixtisar edəcək

Lent.az-ın «miqnews»-a istinadən məlumatına görə,bank ipotekanı ixtisar edərək, əsas diqqətini investisiya biznesində cəmləmək niyyətindədir.

Bir müddət öncə bu maliyyə qurumunun icraçı direktoru Brayan Moynixan 2015-ci ilədək illik xərcələrin 8 milyard dollaradək azaldılması ilə bağlı işçi heyətini 2014-cü ildə 30 min nəfərədək azaldacağını bəyan etmişdi.

Cari ilin sonunadək bank əməkdaşlarının ümumi sayı 260 min təşkil edə bilər ki, bu da 2008-ci ildən bəri müşahidə olunan ən minimum göstəricidir.

Bununla yanaşı, təşkilat ipoteka biznesinin həcmlərini azaltmağa hazırlaşır. Artıq bu il, ipoteka bölməsinin işçilərinin sayını 5 min nəfər azaldılaraq, 50 minə çatdırılacaqdır. Yaxın gələcəkdə isə bu rəqəmin 35 min olacağı gözlənilir.

Məsrəflərin 2015-ci ilədək 8 milyard dollara qədər azaldılması planı 2 mərhələdə həyata keçiriləcəkdir. Birinci mərhələdə 5 milyard dollara qənaət etmək mümkün olacaqdır. İkinci mərhələdə isə korporativ və investisiya biznesi, həmçinin varlı müştərilərə xidmət göstərilməsi ilə bağlı əməliyyatlar yenidən qurulduqdan sonra xərclər daha 3 milyard dollar civarında azalacaqdır.

“Bank of America” bankının baş maliyyə direktoru Brüs Tompsonun sözlərinə görə, bank artıq ilin sonunadək bir milyard dollara qənaət etməklə bağlı planı artıqlaması ilə yerinə yetirir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686

Oxşar yazılar