Rusiya Qafqazdan sonra  Orta Asiyada özünü göstərir
20 sentyabr 2012 07:12 (UTC +04:00)

Rusiya Qafqazdan sonra Orta Asiyada özünü göstərir

Onlarda biri də hərbdir.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, Rusiya silahlı qüvvələri Tacikistandakı 201-ci bazasında irimiqyaslı hərbi təlimə başlayıb.
Manevrlər Düşənbə yaxınlığındakı Moskvanın Ləurda yerləşən hərbi poliqonunda keçirilir. Təlim cari həftənin sonunadək davam edəcək.
Qeyd edək ki, 201-ci hərbi baza Tacikistan ərazisində 2004-cü ildə açılıb. İki ölkə arasında bağlanmış müqaviləyə əsasən, bu hərbi müəssisə 2014-cü ilədək fəaliyyət göstərəcək. 2008-ci ildən isə tərəflər arasında bu müddətin daha iki uzadılması barədə danışıqlar getməkdədir.
Bəzi məlumatlara əsasən, bu hərbi bazanın daha 20-30 il Tacikistan ərazisində qalması ehtimal olunur. Anlaşmada məsələnin maliyyə tərəfi nəzərə alınmayıb. Bazanın ölkədə qalması qarşılığında Kreml Düşənbəyə silah satışında endirim edir, tacikistanlı zabitlərin isə Rusiyada hərbi ali məktəblərdə oxumasına şərait yaradır.
Onu da qeyd edək ki, bir müddət öncə Tacikistan Rusiyadan hərbi bazanın icarə haqqına görə, 250 milyard dollara yaxın pul istəmişdi.
Xatırladaq ki, bu Rusiyanın xaricdə mövcud olan ən iri quru hərbi bazasıdır.
Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1222

Oxşar yazılar