«Sentyabrın 22-də fars dilində danışmayın»
19 sentyabr 2012 22:07 (UTC +04:00)

«Sentyabrın 22-də fars dilində danışmayın»

Azərbaycan türkcəsinin məktəblərə öyrənilməsi və universitetlərdə tədrisinin yasaqlanmasına qarşı hər il olduğu kimi bu ildə çeşidli etiraz aksiyaları planlaşdırılıb. Belə aksiyalaradan biri artıq Təbrizdə gerçəkləşdirilərək, həmin günlə bağlı şəhərin Abbasi, Rüşdiyyə, Bağmeşə, Zəfəraniyyə, Erəm və başqa məntəqələrində bildirişlər yayılıb.
Lent.az-ın «azoh» saytına istinadən məlumatına görə, bildirişdə azərbaycanlılardan Azərbaycan türkcəsində təhsilin yasaqlanmasına, Tehranın milli ayrı-seçkiliyinə və panfarsçı irqçiliynə sentyabrın 22-də etiraz etmələri istənilir.
Orada vurğulanıb ki, yeni təhsil ilinin ilk günü, şənbə günü təhsil ocaqlarına gedilməsin, evlərdə oturularaq, sükut edilsin və fars dilində danışmasın. Bununla da keçiriləcək etiraz aksiyalarına bu sayaq dəstək verilsin.
Məlumata görə, bildirişlər Azərbaycanın başqa böyük şəhərləri, o cümlədən Urmiya, Həmədan, Ərdəbil, Sulduz da da yayılması nəzərdə tutulub.
Sədrəddin Soltan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1574

Oxşar yazılar