Nəhəng super sərt almaz yatağı tapıldı - FOTO
Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, rus alimləri Sibir yaxınlığındakı vulkanik Popigal kraterində trilyonlarca karat almaz olduğunu bildiriblər.
Moskva 35 milyon illik vulkanik kraterin altındakı bu almaz yataqlarının mövcudluğundan 1970-ci illərdə məlumatlı olub, ancaq o vaxt ciddi dövlət nəzarəti altında olan bazarda almaz yaxşı gəlir gətirdiyi üçün yataqların işlənməsinə icazə verilməyib. Nəhayət, Rusiya hökuməti Novosibirsk Geologiya və Mineralogiya İnstitutunun alimlərinə kraterin altındakı gizli xəzinəni üzə çıxarmağa icazə verib. Alimlər bu yataqdakı almaz daşlarının normal almaz daşlarından iki dəfə daha bərk olduğunu müəyyənləşdiriblər. Bu da almaz ehtiyatından sənaye və elmi məqsədlər üçün istifadədə daha geniş imkanlar açır.
“Christian Science Monitor”-un əməkdaşı Nikolay Pokhilenko deyib ki, yeni almaz yatağı bazarda radikal dəyişiklik yarada bilər. Onun sözlərinə görə, bu super sərt almaz ehtiyatı dünyadakı almaz ehtiyatından on dəfə çoxdur.

2526