Milyarderlərin sərvəti 6 trilyon dolları keçib
Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, “X-Wealth” şirkətinin apardığı hesablamalara əsasən, 2011-ci il iyulun 31-dən bu il iyulun 31-dək olan müddətdə dünyadakı milyarderlərin sərvəti 14 faiz artaraq 6,2 trilyon dollara çatıb.
Milyarderlər idarəçiliyə peşəkar menecerlər cəlb edərək Avropadakı iqtisadi böhranın təsirindən yayınmağı bacarıblar. 12 ay ərzində sərvəti 1 milyard dolları keçən insanların sayı 9,4 faiz artıb və 2 min 160 nəfərə çatıb. İqtisadi böhrandan ən çox ziyan çəkənlər isə 200-999 milyon dollar sərvəti olanlardır. Bu milyonçuların sayı 9,9 faiz, sərvətləri isə 11,4 faiz azalıb.
Hazırda dünyada sərvəti 30 milyon dolları keçən 187 min insan var. İl ərzində onların sərvəti 1,8 faiz azalaraq 25,8 trilyon dollara düşüb. Ən ciddi itkiyə Asiya ölkələrinin varlı sahibkarları məruz qalıb. 12 ay ərzində Asiya sahibkarlarının sərvəti 6,8 faiz azalaraq 6,25 trilyon dollara enib. Avropa, Yaxın Şərq və Latın Amerikasının milyoner və milyarderləri də kasıblayıblar. Şimali Amerika biznesmen və səhmdarları isə əksinə, sərvətlərini 2,8 faiz artıraraq 8,8 trilyon dollara çatdırıblar.
Günümüzdə sərvətlərinin dəyəri 30 milyon dollardan yuxarı olan insanların əksəriyyəti, 60 min nəfər Şimali Amerikada yaşayır. İkinci yerdə 53 min nəfərlə Avropa, üçüncü yerdə 42,8 min nəfərlə Asiya gəlir. Milyoner və milyarderlərinin sayına görə axırıncı yerdə Afrikadır. Bu qitədə sərvəti 30 milyon dollardan çox olan 2,5 min insan yaşayır. Bu insanların kapitallarının ümumi həcmi 325 milyard dollardır.

1891