ABŞ səfirliyinə yenə hücum başladı
Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, dünən Misirdə din xadimlərinin və siyasi liderlərin müraciətindən sonra ABŞ-da Məhəmməd peyğəmbərin təhqir edildiyi iddia olunan filmin çəkilişinə etiraz edən aksiyaçıların səfirliyə hücumu dayansa da, bu gün səhər saatlarında polisin səfirlik yaxınlığındakı Təhrir meydanına toplaşan aksiyaçıları dağıtmağa cəhd göstərməsi yenidən qarşıdurmaya yol açıb.
Polis gözyaşardıcı qazdan istifadə edir, aksiyaçılar isə polisə daş və içərisində yandırıcı maddələr olan butulkalar atırlar. “Innocence of Muslims” filminin ərsəyə gətirilməsində iştirak edənləri nəzərdə tutan aksiyaçılar “Hamısını öldürək!” şüarını səsləndirirlər. Aksiyaçılar həm də Misirdə ABŞ səfirliyinin bağlanılmasını, səfirin dərhal ölkədən qovulmasını tələb edirlər.
Misir ordusu isə vəziyyətin ciddiliyini nəzərə alaraq bu gün ABŞ səfirliyinə gedən yollara beton maneələr düzməyə başlayıb. Eyni zamanda Qahirədə diplomatik kompleks yerləşən ərazi hərbi bölüklər tərəfindən əhatəyə alınıb.
Bu gün cümə namazından sonra yüz minlərlə insanın “Innocence of Muslims” filminə etirazla bağlı Təhrir meydanına axışacağı gözlənilir. Müsəlman Qardaşları Hərəkatı da tərəfdarlarını aksiyaya qatılmağa, ancaq aksiyanın dinc xarakterini pozmamağa, təxribata getməməyə çağırıb.

1748