“Əsəd hakimiyyətdən o şərtlə gedəcək ki...”
11 sentyabr 2012 13:31 (UTC +04:00)

“Əsəd hakimiyyətdən o şərtlə gedəcək ki...”

Lent.az-ın verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov Parisdə Suriya müxalifətinin təmsilçiləri ilə görüşündən sonra “Le Figaro” qəzetinə müsahibəsində söyləyib. Mixail Boqdanov deyib ki, Suriyada hakim rejim hələ də güclüdür, Bəşər Əsəd rejimi devrilərsə, hakimiyyətdə gələcək yeni rejimdən narahat olan böyük kütlə dəstəkləyir: “Bəşər Əsəd bunu bizə özü söylədi. Nə qədər səmimi olduğunu bilmirəm. Ancaq bizə açıq söylədiyi budur ki, xalq onu istəməzsə, seçkilərdə başqa biri seçilərsə, hakimiyyətdən gedəcək”.


Bu arada ABŞ dövlət katibi Hillari Klinton BMT-də müzakirəyə çıxarılacaq Suriya ilə bağlı yeni qətnamə layihəsinin “dişsiz” olacağı halda ölkəsinin və eyni mövqeni bölüşən ölkələrin BMT-yə ehtiyac duymadan Suriyada rejim dəyişikliyi yollarını axtaracağını bəyan edib. Rusiyanın hələ də Suriyaya müdaxiləyə qarşı çıxdığını söyləyən Hillari Klintonun sözlərinə görə, ABŞ kimi düşünən ölkələr Suriya müxalifətini dəstəkləyə və Bəşər Əsədin devrilməsini sürətləndirə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1225

Oxşar yazılar