İranla Kanada arasında gərginlik
“Kanada səfirliyinin əməkdaşları dərhal İrandan xaric edilməlidirlər”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, belə bir bəyanatla İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Əlaəddin Burucerdi çıxış edib.
Onun sözlərinə görə, Kanadanın addımına son dərəcə sərt şəkildə cavab verilməlidir: “Kanada Böyük Britaniyanın nəzarəti altında olan bir ölkədir. Böyük Britaniya kraliçası bu ölkəyə səlahiyyətli şəxs təyin edir və əhəmiyyətli qərarlar da onunla razılaşdırılaraq alınır. Ona görə də Kanadanın Böyük Britaniyanın İrandakı səfirliyinin bağlanılmasından narahat olması təbiidir. Bu vəziyyətə İran Xarici İşlər Nazirliyi də səssiz qalmamalı, ölkənin milli mənafeyini nəzərə alaraq Kanadanın bu addımına reaksiya verməli və ilk addım olaraq bu ölkənin Tehrandakı səfirliyinin əməkdaşlarını bir an əvvəl xaric etməlidir”.
Qeyd edək ki, sentyabrın 7-də Kanada İranla diplomatik münasibətlərini dondurduğunu açıqlayıb. Bunun üçün Kanada ilkin addım olaraq İrandakı səfirliyini bağlayıb və bütün iranlı diplomatlara Ottavanı tərk etmələri üçün 5 gün vaxt verib.

Oxşar yazılar

Varan yeni doğulmuş körpəni yedi
15 may 2025 , 12:48
Məşhur aktyor müharibədə həlak oldu
15 may 2025 , 10:28
Macarıstan Ukrayna PUA-sını vurdu
15 may 2025 , 01:33
Heyvanxanada 13 nəfəri ildırım vurdu
14 may 2025 , 22:22
HƏMAS üzvlərini öldürən polis məktub yazıb intihar etdi
14 may 2025 , 18:08
Rusca danışan məktəb direktoru işdən QOVULDU
14 may 2025 , 16:16
Polislərə elektrikli skuter veriləcək
14 may 2025 , 15:20