Saakaşvilidən unikal çaxır təklifi
Gürcüstan prezidenti Mixail Saakaşvili ölkəsinin xaricdəki səfirlərinə maraqlı tapşırıq verib. Lent.az-ın Gürcüstan KİV-ə istinadən verdiyi məlumata görə, Saakaşvili səfirlərə gürcü çaxırını reklam etməyi tapşırıb.
Kvareli bölgəsində yeni çaxır zavodunun açılışında iştirak edən prezident üzüm tədarük edən kəndlilərlə də söhbət edib. O, zavod rəhbərliyinə tapşırıb ki, kəndlinin əməyini itirmək olmaz və üzümün bir kilosu 2 laridən (təxminən 1 manat) alınmalıdır.
Saakaşvili Kvarelidəki çaxır istehsal edən müəssisə rəhbərlərinə də maraqlı göstəriş verib. O, kiçik tutumlu qablarda çaxır istehsal etməyi və ölkəyə gələn turistlərə pulsuz verilməsini təklif edib. Saakaşvili əminliklə bildirib ki, əsil gürcü çaxırından dadan əcnəbi vətəndaş onu heç vaxt unutmayacaq və bu da gözəl reklam ola bilər.

2195