Şeyx Nəsrulla “durun” dedi
“Hizbullah” hərəkatının lideri Şeyx Nəsrullah “Al-Mayadeen” telekanalına müsahibə verib. Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, o bildirib ki, Suriyada münaqişə tərəfləri dərhal atəşkəs elan etməli, hərbi əməliyyatları dayandıraraq insan tələfatına son qoymalıdır.
“Hizbullah” lideri tərəflər arasında dialoqun vacibliyini qeyd edərək vasitəçi ola biləcək dövlətlərin də adını çəkib: “Məncə Türkiyə, Səudiyyə Ərəbistanı, Qatar və Küveyt dialoq istiqamətində iş apara bilər”.
Şeyx Suriyaya qarşı kənar müdaxilənin də əleyhinə çıxıb. O bildirib ki, bu, münaqişənin həll etməyəcək, əksinə daha da dərinləşdirəcək.

1323