52 ildə Misirdə ilk hicablı teleaparıcı - FOTO
Misir dövlət televiziyası 1960-cı ildə yayıma başlayandan bəri ilk dəfə hicablı qadın aparıcı efirə çıxıb. Lent.az-ın BBC-yə istinadən verdiyi məlumata görə, Fatma Nabil xəbərləri oxumaq üçün krem rəngli hicabla ekranlarda görünüb.
Məlumata görə, Mübarək rejimi dövründə başıörtülü qadınlar televiziya sektorunda işləsələr də, ekranlara çıxa bilmirdilər. Onların bəziləri hicaba qoyulmuş qeyri-rəsmi qadağaya qarşı məhkəməyə müraciət etsələr, hətta məhkəməni udsalar da, keçmiş hökumət məhkəmə qərarlarına məhəl qoymayıb.

2144