Məşhur serialın baş direktorunu azərbaycanlılar qarət edibmiş
04 sentyabr 2012 16:07 (UTC +04:00)

Məşhur serialın baş direktorunu azərbaycanlılar qarət edibmiş

Bu ilin aprelində Rusiyanın NTV kanalından nümayiş olunan “Lesnik” (“Meşəbəyi”) serialının baş direktoru Ruslan Fidarkovu qarət edən şəxslər ələ keçib. Lent.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Fidarkovu qarət edən şəxslər filmin çəkildiyi Bryansk şəhərində miqrant həyatı yaşayan Azərbaycan vətəndaşları Arzu İsgəndərov və Elmixan Əhmədovdur.

Məlumata görə, azərbaycanlılar axşamüstü baş direktorun ofisinə gələrək, onun tək olduğunu görüb, balta ilə hədə-qorxu gəldikdən sonra 2 milyon rubl (təxminən 65 min dollar) pulunu və noutbukunu aparıblar. Həmin pul səhəri aktyorlara əməkhaqqı kimi paylanmalıymış.

vrossii.ru saytının Bryansk vilayət prokurorluğuna istinadən verdiyi məlumata görə, həmyerlilərimiz haqa “quldurluq” maddəsi ilə cinayət işi başlanılıb.

Səbuhi
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2282

Oxşar yazılar