“Bizə toxunanın əllərini kəsərik...”
Suriya prezidenti Bəşər Əsəd informasiya naziri Ümran əz-Zabi vasitəsi ilə Türkiyəyə sərt mesaj göndərib. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Ümran əz-Zabi Dəməşqdə keçirdiyi mətbuat konfransında Suriya torpaqlarında, sərhəddə neytral bölgə yaradılmasını təklif edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın legitimliyini itirdiyini söyləyib.
İnformasiya naziri Suriya torpaqlarında belə bir bölgə qurulmasına cəhd göstərilərsə, ölkənin Hərbi Hava Qüvvələrinin buna çox sərt reaksiya verəcəyini vurğulayıb: “Bizim suverenliyimizə kimsə toxunarsa, əllərini kəsərik”.
O, Suriyada yaşananların böyük bir oyun olduğunu bildirib və Türkiyənin suriyalı müxalifləri silahlandırdığına dair əllərində güclü sübutlar olduğunu iddia edib. Ümran əz-Zabi rəsmi Dəməşqdən icazə almadan başqa yollarla Suriyaya gələn jurnalistlərə də xəbərdarlıq edib: “Qanunsuz yollarla Suriyaya gələn jurnalistlər iki xətaya yol verirlər. Birincisi, qanun baxımından özünü çətin vəziyyətdə qoyur, ikincisi, peşə fəaliyyətindən kənara çıxır”.

1492