ABŞ, İsrail və İran hərbi təlimlərə hazırlaşır
İran hakimiyyəti yeni hərbi manevrə hazırlaşır. Lent.az-ın İran informasiya vasitələrinə istinadən məlumatında bildirilib ki, İslam Respublikası İnqilab Keşikçiləri Qvardiyasının Xatəmül-Ənbiya ordusunun hava hücumundan müdafiə qərargahının rəisi, general-mayor Fərzad İsmayıli bu haqda məlumat verib.
«Ölkə daxilində regional hərbi manevrlər başa çatandan sonra Xatəmül-Ənbiya qərargahının ümumi hərbi təlimləri 2012-ci ildə İranın hər bir yerində keçiriləcək» - deyə, rəis söyləyib.
General-mayor müsahibəsində Xatəmül-Ənbiya havadan müdafiə qərargahının İranın müdafiə hava sistemi yerləşdirilən bir məntəqəsində müstəqil siyasət yeritməsilə bağlı proqramına işarə edərək, deyib: «Müdafiə sistemi yerləşdirilən bölgələrdə taktika üzrə təlim və məşqlərin təşkilindən sonra havadan müdafiə sistemi üzrə ümumi hərbi təlimlər keçiriləcək».
General müsahibəsinin davamında qvardiya və İran ordusu qüvvələri arasında yekdillik, həmrəyliyin bərqərar olunmasını, eləcə də mütəxəssis, məsuliyyət hiss edən insan qüvvələrinə təlimlərin keçirilməsini, milli təchizatdan istifadənin edilməsini bu hərbi manevrin əsas məqsədlərindən sayaraq, bildirib: «Müqavimətli iqtisadiyyat fonunda milli təchizatlardan istifadənin edilməsi davamlı stabilliyin bərqərar edilməsinə eləcə də İranın sənaye sistemi ilə ölkə mütəfəkkirlərinin yekdilliyinə səbəb olacaq».
Xatırladaq ki, qvardiyanın Hərbi Hava Qüvvələrinin komandanı Əmirəli Hacızadə bir neçə həftədən sonra irimiqyaslı hərbi təlim keçirəcəklərini söyləmişdi. Bu təlimlər ABŞ-la İsrailin «Austere Challenge -12» adlı («Sərt sınaq») birgə hərbi manevrlərinin keçiriləcəyi dövrə təsadüf edəcək.
Yeri gəlmişkən, Suriyadakı münaqişəyə ABŞ müdaxilə edərsə, İran hakimiyyəti Bəşar Əsədin mövqeyini müdafiə edəcək.
İranın informasiya vasitələri xəbər verir ki, İran İslam İnqilab Keşikçiləri Qvardiyasının adının çəkilməsini istəməyən yüksək rütbəli məmuru yuxarıda qeyd etdiyimiz mövqeyi açıqlayıb.
«Əgər ABŞ Suriyaya hücum etsə, Tehran 2006-cı ildə Bəşər Əsədlə qarşılıqlı müdafiə haqqında müqaviləyə uyğun olaraq, davranacaq» - deyə, həmin zabit bildirib.
Sədrəddin Soltan

1422