Mun öldü - FOTO
Lent.az-ın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, Mun neçə illərdir, ağır xəstəlikdən əziyyət çəkirmiş. Azərbaycanda “munçular” təriqəti kimi tanınan “Birlik kilsəsi”nin banisi Mun Son-Men bu təriqəti 1954-cü ildə yaratmışdı.
Mun kütləvi nikah mərasimləri ilə də tanınırdı. Bir dəfə o, Seulda 40 min cütlüyün nikah mərasimini təşkil etmişdi.
Maraqlıdır ki, “munçuluğ”a görə, cütlükləri Munun özü seçməli idi.
Xatırladaq ki, Azərbaycanda da “munçuluğ”u qəbul etmiş xeyli insan var. Bu gündən bütün dünya “munçuları” 7 gün müddətində öz “peyğəmbərləri”nin matəmini saxlayacaqlar.
Mun həm də zəngin iş adamı idi. Onun dünyanın onlarla ölkəsində şirkətləri fəaliyyət göstərirdi.

2685