20 PKK terrorçusu öldürülüb
03 sentyabr 2012 12:17 (UTC +04:00)

20 PKK terrorçusu öldürülüb

Lent.az-ın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, 20 PKK terrorçusu məhv edilib.

Atışma zamanı yaralanan 8 hərbçidən biri də şəhid olub və bununla da şəhidlərin sayı 10 nəfərə çatıb. Xəstəxanaya yerləşdirilmiş yaralılardan 3-nün vəziyyəti ağır olaraq qalır.

Qeyd edək ki, dünən saat 22:00 radələrində PKK terror təşkilatı Türkiyənin Şırnak vilayətinin Beytüşşebap rayon mərkəzində polis məntəqələrinə və hərbi birliklərə hücum edib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1332

Oxşar yazılar