Əsəd bir jurnalisti də girov götürüb - FOTO
31 avqust 2012 18:33 (UTC +04:00)

Əsəd bir jurnalisti də girov götürüb - FOTO

Suriyada amerikalı jurnalist oğurlanıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, amerikalı jurnalist Ostin Tays “The Washington Post” və “McClatchy Newspapers” nəşrləri ilə əməkdaşlıq edirmiş.

Məlumata görə, Tays bu ilin may ayından Suriyada imiş və bu nəşrlər üçün reportajlar hazırlayırmış. Jurnalist avqustun ortalarında Suriyanı t ərk edib vətəninə qayıtmaq niyyətindəymiş. Amma qəfildən və müəmmalı şəkildə yoxa çıxıb. Bu gün məlum olub ki, Tays sağdır və Dəməşq ətrafında gedən döyüşlər zamanı hökumət qüvvələri tərəfindən girov götürülüb.

Məlumatı Suriya hökumətindəki mənbələr də təsdiqləyib.
# 1113

Oxşar yazılar