Britaniyanın xüsusi təyinatlıları Suriyada
Britaniya xüsusi təyinatlıları artıq Suriya ərazisinə daxil olublar. Lent.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu Britaniyanın hərbi mənbələri də təsdiqləyib. Məlumata görə, Suriya ərazisində 200 nəfər xüsusi təyinatlı var. Onların qarşısında duran əsas vəzifə Suriya ordusunun kimyəvi silahlarının axtarışı və ələ keçirilməsidir.
Gələn digər məlumatlara görə, artıq ABŞ və Fransa xüsusi təyinatlıları da bu məqsədlə Suriya ərazisindədirlər.
Gələn digər məlumatlara görə, artıq ABŞ və Fransa xüsusi təyinatlıları da bu məqsədlə Suriya ərazisindədirlər.
2165