Gürcüstan Rusiya ilə sərhəddə əməliyyat keçirir
29 avqust 2012 14:03 (UTC +04:00)

Gürcüstan Rusiya ilə sərhəddə əməliyyat keçirir

Gürcüstanın daxili qoşunları Rusiya ilə sərhəd Telavi rayonundakı meşə massivində xüsusi əməliyyata başlayıb. Lent.az-ın Gürcüstan KİV-ə istinadən verdiyi xəbərə görə, əməliyyat sərhəd zolağında bir neçə silahlı şəxsin görünməsindən sonra həyata keçirilir.



Məlumata görə, daxili qoşun əsgərləri əslində meşədə itkin düşmüş yerli gəncləri axtarırmış. Amma silahlı şəxslərə də elə həmin axtarış zamanı rast gəlinib.



Hazırda həmin şəxslər hərbçilər tərəfindən təqib edilir. Onların Dağıstanda fəaliyyət göstərən yaraqlılara olması da istisna deyil.
# 1017

Oxşar yazılar