“İsaak” dağıda-dağıda gedir - FOTO
27 avqust 2012 11:28 (UTC +04:00)

“İsaak” dağıda-dağıda gedir - FOTO

“İsaak” tropik qasırğası Kubanın şərq bölgələrini güclü yağış və şiddətli küləklə təsirinə məruz qoyub. Lent.az-ın “Amerikanın səsi”nə istinadən verdiyi məlumata görə, rəsmi Havana ölənlər və dağıntılar barədə məlumat vermir.



Qasırğa nəticəsində Haitidə isə 3 nəfər həlak olub, binalara ziyan dəyib.



Zəlzələdən sarsılan bu ölkədə yüz minlərlə insan hələ də çadırlarda yaşayır. Xilasetmə işçilərini iki ildən artıqdır bu şəraitdə olan insanların taleyi narahat edir. Ağır yağışların torpaq sürüşməsinə səbəb ola biləcəyinə dair qorxular mövcuddur.



Amerikanın Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, qasırğa saatda 97 km sürətli küləklə şimala istiqamət alıb. Qasırğa bu gun Florida ştatının cənub bölgələrinə vura bilər.



Artıq Luiziana, Florida və Missisipidə fəlakətlə bağlı fövqəladə vəziyyət elan edilib.



Luiziana ştatının qubernatoru Bobbi Cindal dəniz səviyyəsindən aşağıda yaşayan bütün sakinlərin təcili evakusiya olunması barədə göstəriş verib.



“İsaak”ın ABŞ-ın cənubundan hara “gedəcəyini” isə sinoptiklər hələ proqnozlaşdıra bilmirlər.
# 1817

Oxşar yazılar