BMT-nin baş katibi İrana gedəcək
Avqustun 29-31-də İranda Qoşulmayanlar Hərəkatına üzv dövlətlərin 60-cı Zirvə toplantısının keçirilməsi planlaşdırılıb. Həmin yığıncaqda BMT-nin baş katibi Pan Gi Munun da iştirakı gözlənilir.
Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatında bildirilib ki, baş katibin təmsilçisi Martin Nesirkinin sözlərinə görə, İranın atom proqramı, Suriya böhranı, terrorçuluqla bağlı beynəlxalq ictimaiyyətin rahatsızlığını baş katib toplantı iştirakçılarının diqqətinə çatdıracaq.
«Baş katibin orada iştirakı, İran hakimiyyətinə vəziyyətin beynəlxalq ictimaiyyət adından açıq-aşkar çatdırması baxımından bu səfər vaxtında və vacibdir. Baş katib BMT-nin üzvü kimi İranın da başqa dövləti hədələyərək, zor tətbiqinin yolverilməz olduğunu Tehranda da anladıqlarını xatırladacaq. Dünya İslam Respublikasından atom-nüvə proqramı ilə bağlı konstruktiv addımlar atacağını gözləyir. Bunu etməmək, bütün imkanları əldən vermək deməkdir» - deyə, təmsilçi bildirib.
«Başqa dövlətlərə təhlükə yaratmaq» dedikdə, BMT Təhlükəsizlik Şurası Yaxın Şərq üzrə baş katibinin siyasi məsələlərlə bağlı müavini Cefri Feltmannın Suriyaya silah ötürməsində İran hakimiyyətindən şübhələnilməsi ilə bağlı çıxışı, habelə İran prezidenti Mahmud Əhmədinejadın «Fələstinə hərtərəfli yardım edəcəyik» kimi bəyanatı nəzərdə tutulur.
ABŞ isə ümid edir ki, Pan Gi Mun və tədbirin başqa iştirakçıları İranı beynəlxalq öhdəlikləri yerinə yetirməyə məcbur edə biləcək.
Qoşulmayanlar hərəkatı özünə 120 dövləti birləşdirir.
Sədrəddin Soltan

801