Türklər ruslardan Atatürkün qisasını aldılar - FOTO
23 avqust 2012 11:47 (UTC +04:00)

Türklər ruslardan Atatürkün qisasını aldılar - FOTO

Rusiyanın “Spartak” klubunun rəsmi saytı ötən gecə haker hücumuna məruz qalıb. Lent.az-ın məlumatına görə, hücumun Türkiyə “Fənərbağça”sı azarkeşlərinin işi olduğu güman edilir.



Çempionlar Liqasının “pley-off” mərhələsində bu komandalar üz-üzə gəlib. Avqustun 21-də “Lujniki” stadionunda keçirilmiş ilk görüşdə “Spartak”ın azarkeşləri Atatürkün portretini yandırıblar. Moskva klubunun saytına hücumun qisas məqsədilə edildiyi şübhə doğurmur. Hakerlər saytın əsas səhifəsində Atatürkün şəklini yerləşdirərək, bu sözləri yazıblar: “Dərhal türk xalqından üzr istəyin! FİFA belə hərəkətlərə diqqət yetirməsə də, biz bu cür halların cəzasız qalmasına imkan vermərik”.



Hazırda “Spartak”ın saytına giriş mümkün deyil.



Qeyd edək ki, ilk görüşdə “Fənərbağça” 1:2 hesabı ilə uduzub. Cavab görüşü avqustun 29-da İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3365

Oxşar yazılar