İranla danışıqlar avqustun 24-də davam edəcək
22 avqust 2012 18:21 (UTC +04:00)

İranla danışıqlar avqustun 24-də davam edəcək

İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik(AEBA) arasında danışıqların növbəti mərhələsi avqustun 24-də Vyanada keçiriləcək. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, AEBA bildirib ki, danışıqların başlıca mövzusu İranın nüvə proqramıdır.



İslam Respublikasının qurumdakı təmsilçisi Ələsgər Soltaniyanın sözlərinə görə, bu müzakirələr Tehranın beynəlxalq ictimaiyyətlə «əməkdaşlığının göstəricisidir».



Xatırladaq ki, iyulun 24-də İstanbulda Avropa Birliyi ali komissarının xarici işlər və təhlükəsizlik siyasəti məsələləri üzrə təmsilçisi Helqoy Şmidtlə İslam Respublikası ali təhlükəsizlik şurası katibinin müavini Ali Baqirinin görüşü keçirilmişdi. Onda tərəflərin görüşün davam etməsi ilə bağlı razılığa gəldiyi barədə xəbərlər yayılmışdı.



AEBA Tehrandan Pərçindəki atom obyektinə buraxılmasını və oranı təftiş etməsini istəyir.



Sədrəddin Soltan
# 802

Oxşar yazılar