Əhmədinejad: “İsrail ləğv edilməlidir”
18 avqust 2012 13:20 (UTC +04:00)

Əhmədinejad: “İsrail ləğv edilməlidir”

“İsrailin mövcudluğu faktının özü bəşəriyyət üçün təhqirdir. Ona görə də bu dövləti ləğv etmək lazımdır”. Lent.az-ın məlumatına görə, bunu Tehran Universitetində çıxışı zamanı İranın prezidenti Mahmud Əhmədinejad deyib.

O bildirib ki, region xalqları tezliklə yeni Yaxın Şərq yaradacaqlar və orada sionistlərlə amerikanlara yer olmayacaq. İran prezidentinin bu fikirləri ölkədə fələstinlilərin israillilərə qarşı mübarizədə həmrəyliyini nümayiş etdirən Əl-Qüds gününün qeyd olunduğu ərəfədə səslənib və son zamanlar İran rəhbərliyi tərəfindən İsrailin ünvanına səsləndirilmiş ən sərt tənqid sayılır.

Öz növbəsində BMT-nin baş katibi Pan Gi Mun Əhmədinejadın açıqlamasına qarşı çıxıb. Qurumun mətbuat xidmətindən bildirilib: “Baş katib belə təhqiramiz və təxribatçı fikirləri qınayır. O, ümid edir ki, regionun bütün liderləri öz səslərindən gərginliyi artırmaq yox, azaltmaq üçün yararlanacaqlar. BMT Nizamnaməsinə əsasən, təşkilatın bütün üzv ölkələri istənilən dövlətin ərazi bütövlüyü və ya siyasi müstəqilliyinə qarşı güc tətbiqi hədələrindən çəkinməlidirlər”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1771

Oxşar yazılar