Reqnumda axtarış aparıldı
Moskva polisi Reqmun informasiya agentliyinin ofisində axtarış aparıb, bir neçə işçi dindirilib və bəzi sənədlər müsadirə edilib.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, bu tədbirlər Latviya hüquq-mühafizə orqanlarının rəsmi müraciəti əsasında aparılıb.
Bir qədər əvvəl Latviya Reqnum agentliyinin baş redaktoru, Rusiya hökumətinin sabiq məmuru Modest Kolerovu və onun mavini İqor Pavlovskini “persona non-qrata“ elan edib. Latviya Xarici İşlər Nazirliyi bildirib ki, bu şəxslər Latviya ərazi bütövlüyü və iqtisadi təhlükəsizliyi daxil olmaqla Latviya dövlətinin maraqlarına qarşı gizli fəaliyyətlə məşğul olublar.

454