“iPhone”da "çarəsi tapılmayan" boşluq aşkarlandı
31 iyul 2020 18:24 (UTC +04:00)

“iPhone”da "çarəsi tapılmayan" boşluq aşkarlandı

“Pangu” komandasından olan informasiya təhlükəsizliyi mütəxəssisi “iPhone” qurğusunda aşkar edilmiş düzəldilməyən boşluq haqqında məlumat verib.

Lent.az “ICTnews”a istinadən xəbər verir ki, bu boşluq “SEP” təhlükəsizlik çipinə aiddir.

Bu çip açarların şifrləmə/deşifrləməsi üzrə bir çox funksiyaları özündə saxlayır. Məsələn, sözügedən çipdə şifrlər, “Apple Pay” məlumatları və biometrik məlumatlar "gizlədilir".

“A7-A11” prosessorları ilə təchiz edilmiş istənilən “iPhone” və ya “iPad” cihazı risk zonasına daxildir. Bu, “iPhone 5s”dən “iPhone X”dək olan modelləri əhatə edir. Məlumata görə, haker qurğuya müdaxilə etmək üçün ona fiziki girişə malik olmalıdır.

Bu boşluq ilk dəfə aşkar edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3316
avatar

Oxşar yazılar