"Qalatasaray"ın vitse-prezidenti Abdurrahim Albayrak koronavirus pandemiyasına yoluxub.
Apasport.az saytının məlumatına görə, klub rəsmisi artıq karantinə alınıb.
Albayrakın ilk testinin cavabı mənfi olsa da, ikinci test müsbət çıxıb. Onunla yanaşı, həyat yoldaşı Şükran Albayrakın da eyni virusa yoluxduğu açıqlanıb. Cütlük artıq karantində, həkim nəzarətindədir.
Qeyd edək ki, indiyə qədər Türkiyədə ümumilikdə 1236 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 30-u ölüb.