Yayda ayaqlar üçün evdə hazırlanan PİLİNQ RESEPTİ
13 iyul 2021 15:58 (UTC +04:00)

Yayda ayaqlar üçün evdə hazırlanan PİLİNQ RESEPTİ

Gün ərzində bədənin ağırlığını daşıyan ayaqlara lazımi qədər diqqət göstərilməlidir. Xüsusilə yay aylarında ayaqlara qulluq əl və üzə qulluq qədər vacibdir.

Lent.az ayaqlara ev şəraitində qulluq etmək üçün pilinq reseptini təqdim edir.

Nəmləndirin

Pilinqi hazırlamazdan əvvəl ilk növbədə ayaqlarınızı nəmləndirməlisiniz. Bu sizin ayaqlarınızı daha hamar və yumşaq edəcək. Bunun üçün müxtəlif ayaq kremlərindən istifadə edə bilərsiniz. Bununla yanaşı, hind qozu yağı kimi təbii vasitələr də məsləhət görülür.

Fırçalayın

Ayaqları fırçalamaq limfa düyünlərini nizama salır və qan dövranın fəaliyyətini tənzimləyir. Orqanizmdə olan toksinlərin təmizlənməsinə kömək edir. Bunlarla yanaşı, sellülitlərlə mübarizədə də effektlidir. Bu prosesi həyata keçirmək üçün adi fırçanı götürüb ayaqları astaca fırçalayın. Bunun üçün su və yağlardan istifadə etmək o qədər də vacib deyil. Həftə ərzində 2-3 dəfə duşdan öncə tətbiq edin.

Pilinq resepti

Lazım olanlar:

Yarım su stəkanı qədər şəkər tozu

1 stəkan zeytun yağı

5 xörək qaşığı limon suyu

Hazırlanması:

Adı çəkilənləri qarışdırıb ayaqlara ehtiyatla tətbiq edin. Sonra isə yaxalayın.

Pilinq dərini ölü hüceyrələri yox edib, ayaqlarınızı daha hamar və gözəl görünməsini təmin edəcək.

 

Sevinc Nurəddinova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3069
avatar

Oxşar yazılar